Çin və Hindistan orduları arasında sərhəddə toqquşma baş verib

11:50 25.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin ordusunun əsgərləri ilə Hindistanla sərhəddə qulluq edən hind sərhədçilər arasında silahlı qarşıdurma baş verib.

Hafta.az-ın yazdığına görə, Hindistan mətbuatında gedən xəbərlərə görə, silahlı toqquşma əslində üç gün öncə, Nepalla Butan arasında yerləşən Sikkim əyalətinin şimalında yer alan Naku La keçidində baş verib. Hər iki tərəfdən yaralılar var. 

Qeyd edək ki, son dəfə Çin ordusunun bölmələri ötən ilin iyun ayında Ladax bölgəsinin Galvan vadisində, sərhəddəçi hind əsgərlərə gücum etmiş, 20 hərbçini qətlə yetirmişdilər. 

İki ölkə arasında, Himalay dağlarının qoynundan keçən sərhəd xətti zaman-zaman Çinlə Hindistan arasında suverenlik hüququ iddialarının ortaya çıxmasına səbəb olur. Çay yataqlarının, göllərin, buzlaqların və qarlı zirvələrin yer aldığı 3,5 min kilometrlik sərhəd, təəssüf ki, tərəfləri tez-tez toqquşmaya vadar edir. 

Rəsmi Pekin, "Cənubi Tibet" adlandırdığı Hindistanın Arunaçal Pradeş əyalətindəki 90 min kvaratkilometrlik torpaqğa iddia edərkən, Dehli hökuməti də Aksay Çin platolarını əhatə edən 38 min kvadratkilometrlik ərazinin Çin tərəfindən işğal edildiyini bildirir. 


Oxunma sayı 1363