Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb - DİN

12:33 24.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 23-dən 24-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Hafta.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 21 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.