Dayanacaqlar da ticarət “obyekti“nə çevrilir

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt

Sakinlərsə buna öz etirazlarını bildirirlər

Paytaxtın Yeni Günəşli qəsəbəsi, “Q“ yaşayış sahəsi, marketin qarşısında 4 yolayrıcındakı marşrutun avtobus dayanacağı deyəsən “satılıb“, çünki yerində ticarət obyekti tikilib. Halbuki bura əksər marşrutların keçdiyi və sakinlərin ən çox məskunlaşdığı yerdir. Həqiqətən də adıçəkilən qəsəbənin yol kənarında əkilən yaşıl ağaclar doğranaraq yerində bir-birinə bitişən ticarət obyektləri, “moyka“lar və s. tikilib. Sakinlərin dediklərinə görə indi də “gözləri“ qəsəbənin daynacaqlarına düşüb.
Elşən Rəhimov bildirdi ki, “Q“ massivi, 21-ci binada yaşayır: “Günəşli küləkli yerdir. Bu qəsəbədə eyni zamanda yağmurlu, soyuq küləkli günlər daha çox olur. İndi isə Nəqliyyat Departamentinə məxsus olan dayanacaqları söküb, yerində ticarət obyektlərinin qurulması görəsən nə dərəcədə məqsədəuyğundur? Məgər qəsəbədə bu tükanlar azlıq təşkil edir?“
Sakinlər onu da bildirdilər ki, keçən həftə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlərin bu etirazına münasibət bildirərkən deyib ki, “həmin yerdə bundan da yaxşı dayanacaq tikidirəcəyik“. Halbuki həmin ərazidə artıq bir metr də olsa torpaq sahəsi qalmayıb, görəsən dayanacaq harada qurulacaq?
Qələndər Xaçınçaylı
Oxunma sayı 105