Çindəki koronavirusun ölkəmizdə yayılma təhlükəsi azdır - baş epidemioloq

13:41 22.01.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Hələ ki, ölkəmizdə Çində yayılan və mənşəyi məlum olmayan koronavirusun yayılma təhlükəsi yoxdur. Çin Azərbaycana uzaq ölkədir".

Bunu hafta.az-a koronovirusların Azərbaycanda yoluxma riskinin olub-olmaması ilə bağlı sualımıza açıqlamasında Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev dedi. O, əlavə etdi ki, Azərbaycana gələn turistlərdə də belə bir hal müşahidə olunmayıb:

“Biz hər zaman qabaqlayıcı tədbirlər planı hazırlayırıq. Stansiyamız var, orada ekspertizalar aparırıq. Ona görə də belə bir virusun ölkəmizdə də yayılma ehtimalı azdır”.

Qeyd edək ki, Çində yenə 136 nəfər koronovirusun (coronavirus) indiyədək aşkar edilməmiş növünə yoluxub və ölənlərin sayı 3-ə çatıb. Bununla da virusa yoluxanların ümumi sayı 198 olub.

Oxunma sayı 48