Cüdoçumuz Macarıstanda bürünc medal qazanıb

10:52 14.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən cüdo üzrə "Qran-Pri" yarışı davam edir.

Azərbaycan Cüdo Federasiyasından hafta.az-a verilən məlumata görə, beynəlxalq turnirin 2-ci günü Azərbaycan cüdoçusu Telman Vəliyev milli komandamızın aktivinə medal yazdırıb. 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Portuqaliya, Macarıstan, İsveç və Perudan olan rəqiblərinə qalib gələrək yarımfinala çıxıb.

Bu mərhələdə Rusiya təmsilçisinə uduzan Telman Vəliyev 3-cü yer uğrunda görüşdə yaponiyalı Masaşi Ebinuma üzərində qələbə qazanıb. Beləliklə Azərbaycan cüdoçusu Budapeşt "Qran-Pri"sində bürünc medala sahib olub.

 

Qeyd edək ki, Macarıstanda dünyanın 82 ölkəsindən 548 cüdoçu mübarizə aparır.