Cümşüd Nuriyev yenə qadınlardan danışdı - VİDEO

14:00 06.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Speys” TV-nin efirində yayımlanan “Sadə həqiqətlər” verilişinin növbəti buraxılışında “tam məxfi” qrifli sənədlər açıqlanıb.

Verilişin qonağı olan keçmiş deputat Cümşüd Nuriyev AXC-Musavat hakimiyyəti zamanı baş verən qanunsuzluqlardan, o cümlədən PA-nin hüquq şöbəsinin müdiri olan Əli Kərimlinin hazırladığı gizli sərəncamdan danışıb. Deyib ki, məlum sərəncam nəticəsində Azərbaycanda ciddi xaos yaranıb və ölkədən milyonlarla dollar pul çıxarılıb.

Qonaq Müdafiə Nazirliyinin yüksək məmurlarının himayəsində olan qadınların cəbhə bölgəsindəki əməllərindən də bəhs edib.

Xatırladaq ki, “Sadə həqiqətlər” verilişi bu gün saat 22:00-da yayımlanacaq.

Gündəm rubrikasından digər xəbərlər