DİN Ağcabədidə 2 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

13:34 18.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyini (DİN) Ağcabədidə 2 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, yanvarın 16-da saat 16 radələrində Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində Hindarx qəsəbə sakini E.İsmayılovun idarə etdiyi “Mercedes” və Ağdaş rayon sakini Ə.İsrafilovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə Ə.İsrafilov və sərnişinlərindən Ağstafa rayon sakini F.Həsənov hadisə yerində ölüb, digər sürücü və 3 sərnişin xəstəxanaya yerləşdirilib.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Oxunma sayı 279