DİN Bakıda baş verən qətllə bağlı məlumat yayıb

14:00 07.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda baş verən qətllə bağlı rəsmi məlumat yayılıb.

Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a verilən məlumata görə, oktyabrın 6-da saat 18 radələrində Biləcəri qəsəbə sakini N.Məmmədov Binəqədi rayonu ərazisində ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Leyla Məmmədovanı bıçaqla qətlə yetirilib.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Məmmədov saxlanılıb.

 
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.