DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq 

12:40 28.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son günlər sosial şəbəkələrdə, xüsusən İnstagram platformasında müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən səhifələrin sayı artır.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun hafta.az-a verdiyi məlumata görə, belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir:

 

“Bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxarırlar, hətta virtual məkanda fala baxmaq adı ilə də vətəndaşlarımızı aldadan şəxslər mövcuddur”.

 

O, bildirib ki, Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur:

 

“Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik”.

 

 

Oxunma sayı 31