Axıska türklərinin faciəsi AŞ PA-da sərgiyə çıxarılıb

15:15 08.10.2011
Yazını böyüt
Yazını kiçilt
Axıska türkləri Avropada sərgi açıb. “Milliyet“in yazdığına görə, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlut Çavuşoğlu ilə Beynəlxalq Axıska Türkləri Birliyinin (BATÜP) sədri Ziyəddin Kassanoviç sərginin açılış lentini birlikdə kəsiblər. Çavuşoğlu sərginin açılışında çıxış edərək deyib ki, Axıska türklərinin düşdüyü vəziyyətə ürəkdən acıyır. Ona görə də onların doğma torpaqlarına dönüşü üçün əlindən gələn hər şeyi etməyə çalışır. AŞ PA-nın indiyədək Axıska türkləri ilə bağlı 4 hesabat hazırladığını və bir sıra sənədlər qəbul etdiyini xatırladan M.Çavuşoğlu bildirib ki, hazırda Axıska türklərinin tarixi torpaqlarına qayıtması rəhbərlik etdiyi qurum üçün həlli vacib olan ən mühüm məsələlərdən sayılır. Z.Kassanov isə bildirib ki, Axıska türklərinin tarixini, eləcə də yaşadıqları faciələri dünya birliyinə anlatmaq üçün həmin sərginin əhəmiyyəti çox böyükdür: “::Unudulan sürgün hekayəsi: Axıska Türkləri 1944“:: adlı fotosərgi AŞ PA-nın iclasları davam etdiyi müddətdə ziyarətçilər üçün açıq olacaq. Tədbir boyu təhkim olunmuş tarixçilər Axıska türklərinin başına açılmış oyunları AŞ PA nümayəndələrinə nağıl edəcəklər“.

Vüsal