Dağlıq Qarabağın azərbaycanlı icması Ermənistanın hərbi-siyasi cinayətləri barədə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

15:40 29.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması təmas xəttində Ermənistan silahlı qüvvələrinin həyata keçirdikləri hərbi-siyasi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

İcmadan hafta.az-a verilən məlumata görə, icma təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərindən dinc əhalinin atəşə tutulduğunu və nəticədə mülki şəxslər arasında təlafat baş verdiyini, evlərin, çox mənzilli yaşayış binaların dağıdılması ilə bağlı faktları beynəlxalq təşkilatların diqqətinə çatdırıb.

Həmçinin azərbaycanlı dinc əhaliyə məxsus fərdi təsərrüfatların Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində zərər çəkdiyinə diqqət yönəldilib.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı indiyə qədər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri əsas götürərək Ermənistanın tərəfindən bu sənədlərin icrasına imkan yaradılmadlğını xüsusi ilə qeyd edib.

İcma beynəlxalq təşkilatları təmas xəttində Ermənistan tərəfindən həyata keçirilən hərbi-siyasi cinayətlərə göz yummamağa çağırıb. İcma bəyan edib ki, beynəlxalq təşkilatların haqqı müdafiə etməməsi bu təşkilatların nüfuzuna böyük zərbə vurur.

Oxunma sayı 696
Siyasət rubrikasından digər xəbərlər