Daha 3280 müəllim namizəd imtahan verir

11:50 17.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 17-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. Bu gün keçirilən imtahanlarda ibtidai sinif müəllimi olmaq istəyən namizədlər iştirak edir.

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, imtahana 3280 namizədin qatılacağı gözlənilir.

Qeyd edək ki, iyulun 16-da keçirilən ibtidai sinif müəllimliyi üzrə müəllimlərin işə qəbulu imtahanlarında 2 881 namizəd iştirak edib. Namizədlər arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Aysel Məmmədova və Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu Sara Xəlilova 58 bal toplayaraq yüksək nəticə əldə ediblər.

 

İmtahanlar iyulun 24-dək davam edəcək.