Daha bir azərbaycanlı məşhur İstanbulda özünə ev aldı - FOTO

14:04 26.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müğənni Nazənin də Türkiyədən ev alan məşhurlar sırasına qoşulub.

Milli.Az xəbər verir ki, bu xəbəri aparıcı Tarix Əliyev (Tolik) "İstanbulda ev almısınız, xeyirli olsun. İcazə vermədiniz göstərim. 3 ildir alıb, indi çıxıb ortalığa" sözləri ilə "Hər şey daxil"in efirində verib.

Verilişin qonağı olan xanım ifaçı öncə bu barədə danışmaq istməsə də, sonra məlumatı təsdiq edib:

"3 ildir alınıb. Vaxt olmurdu getməyə, təzə getdik". 

Tolik Nazəninin İstanbuldakı evi barədə danışarkən özünün də orada evi olduğunu etiraf edib:

"Ev Bəylikdüzündədir. Bəylikdüzü mənə yaxındır. Mənim də orada evim var, almışam".

Oxunma sayı 48