Daha bir neçə QHT dövlət qeydiyyatına alındı

23:21 15.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda ədalət mühakiməsinin həyata keçirilməsi, müasir məhkəmə infrastrukturunun yaradılması üzrə tədbirlər görülüb,  məhkəmə proseslərinin videoformatda keçirilməsi imkanını yaradılıb habelə cinayət işlərinə də video-əlaqə ilə baxılması üçün dövlət başçısının təşəbbüsü ilə qanunvericiliyə mühüm dəyişikliklər edilib. "Elektron məhkəmə" və "Elektron icra" informasiya sistemlərinin respublikanın bütün ərazisi üzrə tətbiqi üçün Dünya Bankı ilə birgə tədbirlər görülüb.

 

Hafta.az xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin videkonfrans formatında geniş kollegiya iclasında bildirilib.

 

İclasda dövlət başçısının bütün sahələrdə islahatlarının davam etdirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılması, büdcə xərclərinə nəzarətin gücləndirilməsi, israfçılığa yol verilməməsi ilə bağlı və digər tapşırıqları diqqətə çatdırılaraq ədliyyə fəaliyyətinin ölkə Prezidentinin yüksək tələbləri səviyyəsində qurulması, vətəndaş məmnuniyyətinin, şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyinin, etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi qeyd olunub. Nazirliyin fəaliyyət istiqamətləri üzrə əsas prioritetlər, o cümlədən ədliyyə sahəsində işin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, kadr korpusunun peşəkar və mənəvi cəhətdən saf işçilərlə komplektləşdirilməsi, innovasiyaların tətbiqinin genişləndirilməsi, regional idarələrinin fəaliyyətinin səmərəliliyinin artırılması, maliyyə intizamının gücləndirilməsi, dövlət vəsaitlərindən qənaətlə istifadə olunması və s. ilə bağlı konkret tapşırıqlar verilib.

 

Sonda bir sıra qeyri-hökumət təşkilatları dövlət qeydiyyatına alınıb.

Oxunma sayı 179