Daha bir ölkə Suriyaya hərbçi göndərir

16:30 08.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Danimarka İŞİD-ə qarşı ABŞ-ın rəhbərliyi ilə yaradılmış koalisiyaya kömək üçün öz hərbçilərini Suriyaya göndərəcək.

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Hofman deyib.

O, ABŞ-ın Danimarkanın bu qərarını alqışladığını bildiribi. Hofman Danimarka hərbçilərinin Suriyanın şimal-şərqindəki ABŞ hərbçiləri ilə birgə çalışacağını deyib.

Danimarka Müdafiə Nazirliyi hələlik Suriyaya 14 hərbi həkim göndərməyi planlaşdırdığını bəyan edib. Bununla bərabər Kopenhagen Hörmüz boğazına öz donanmasının bir hissəsini göndərməyi planlaşdırdığını bildirib.