Dam örtüyündə navalça asılı vəziyyətdə qaldı - Yaşayış binasında təhlükə

14:25 11.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının dam örtüyündə navalça asılı vəziyyətdə qalıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, əsən güclü külək nəticəsində Bakı şəhərinin Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının dam örtüyündə navalça asılı vəziyyətdə qalaraq bina sakinlərinin və yaxınlıqdan keçən vətəndaşların həyatı üçün təhlükə yaradıb.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri ərazidə təhlükəsizlik tədbirləri görüb və digər təxirəsalınmaz tədbirlər həyata keçirib.