“Davos Forumu Azərbaycan üçün mühüm iqtisadi əhəmiyyətə malikdir” – Qabil Hüseynli

17:02 23.01.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Davos İqtisadi Forumu Azərbaycan, eləcə də digər ölkələr üçün iqtisadi əhəmiyyətə malikdir”.

Bunu hafta.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Ölkə başçısı İlham Əliyevin Davos İqtisadi Forumuna səfərini şərh edən politoloq bildirib ki, bu iqtisadi platforma öz ətrafında böyük siyasətçiləri, iqtisadçıları, biznes dairələrini toplayır: “Üstəlik, bu forum dünya iqtisadiyyatını formalaşdırmaq, proqnozlaşdırmaq baxımından da çox mühüm əhəmiyyətə malikdir. İlham Əliyev cənabları 2020-ci ildə Davos Forumundakı görüşləri olduqca mühüm əhəmiyyətə malikdir. O, bu forumda ardıcıl olaraq iştirak edir. Görüşlər keçirir.

Prezident həmin forumlara qatılarkən müxtəlif siyasətçilərlə və iş adamları ilə görüşür. Bu ilki görüşlər daha səmərəli oldu. Davos İqtisadi Forumunun saytında ölkəmizin başçısının böyük məqaləsi yayımlanıb. Orada Azərbaycan iqtisadiyyatının 2019-cu ilə qədərki inkişaf yolu izlənilir. Ölkəmizə cəlb edilən investisiyaların miqdarı göstərilir. İqtisadi inkişaf tempinin müxtəlif parametrləri dəqiq rəqəmlərlə nəzərə çatdırılır. Qeyd edim ki, Azərbaycan turizmin inkişaf səviyyəsinə görə dünyanın inkişaf etmiş 40 ölkəsi arasındadır”.

Qabil Hüseynli onu da əlavə edib ki, ölkədə 2007-ci ildən indiyə kimi iqtisadi artım 2 dəfədən çoxdur: “Qeyri-neft sektorunda bu göstəricilər 2,5 dəfədir. Əhalinin maddi rifah halı yüksəlib. Ölkədəki yoxsulluq səviyyəsi 50 faizdən indi 5 faizə düşüb. Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidentinin Pakistanın baş naziri İmran Xanla, BP-nin prezidenti ilə görüşləri çox prinsipial əhəmiyyətə malikdir. Çünki Azərbaycan böyük iqtisadi layihələrin gerçəkləşdirilməsi üçün unikal məkandır.

İlham Əliyevin məqaləsində göstərildiyi kimi, müxtəlif layihələr – məsələn, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars dəmir yolu, TANAP qaz kəməri layihəsi və onun davamı olan TAP –la bağlı məlumat verilir. Şimal-Cənub dəmir yolu layihəsi, həmçinin TRASEKA İpək yolu layihəsi haqqında da ətraflı məlumatlar verilir. Bir sözlə, inkişafın parametrləri açıqlanıb və göstərilib. Eyni zamanda, Azərbaycana yeni investisiyalar cəlb etmək üçün ölkənin böyük potensialının, xüsusilə də qeyri-neft sektorunun, dənizin yeni akvatoriyalarında neft-qazla bağlı kəşfiyyat işləri aparılması ilə bağlı hamısı göstərilir. Bütün bunlar ölkəmizin iqtisadiyyatının gələcəyi üçün prinsipial əhəmiyyətə malikdir”.

Oxunma sayı 128
Gündəm rubrikasından digər xəbərlər