“Davos görüşləri iqtisadiyyatımızın inkişafına ciddi töhfə verəcək” - Ekspert

13:06 23.01.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Son illər ölkəmizdə iqtisadi islahalatların aparılması, bu prosesin ilbəil dərinləşdirilməsi nəticəsində iqtisadi sahədə kifayət qədər nailiyyətlər əldə olunub. Beynəlxalq araşdırmaçı qurumların, agentliklərin  hesabatlarında da Azərbaycan iqtisadi göstəricilərinə görə durmadan irəliləyir”. Bunu hafta.az-a iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirib. O qeyd edib ki, Azərbaycan öz iqtisadiyyatında real sektoru inkişaf etdirmək üçün bütün imkanlardan faydalanmağa çalışır.

Ekspert vurğulayıb ki, Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər də bu məqsədlərə xidmət edir: “Bu Foruma 3 mindən çox nümayəndənin gəlməsi, orada keçirilən, plenar iclaslar, təkbətək görüşlərdə Azərbaycan təbliğ olunur. Ölkəmizin iqtisadi uğurları diqqətə çatdırılır. Azərbaycan investorlara təqdim edilir. Əlbəttə, bu həm də tərəflərin Azərbaycana investisiya yatırması üçün bir təqdimatdır. Azərbaycan bu Forumda yüksək səviyyədə iştirak edir. Hesab edirəm ki, xaric  kapitalın Azərbaycana gəlməsinə çox böyük ehtiyac var. Prezident İlham Əliyev bu fürsətdən istifadə edib, orada həm plenar iclaslarda, həm də təkbətək görüşlərdə Azərbaycanı geniş şəkildə təbliğ edir. Bu, investorların Azərbaycana gəlməsi  üçün böyük bir imkandır.  Və məlum addımlar bütövlükdə iqtisadiyyatımızın inkişafına ciddi töhfə verəcək”.

İqtisadiyyat rubrikasından digər xəbərlər