Daxili işlər nazirindən yeni təyinat

18:00 11.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Anar Xəlilov Masallı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, A.Xəlilov Masallı rayonunun Qızılavar kəndində anadan olub. O, bu təyinata qədər Masallı RPŞ-nin istintaq bölməsinin rəisi vəzifəsində çalışıb.

Hafta.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev xəbəri mətbuata təsdiqləyib.

Sosial rubrikasından digər xəbərlər