Demet Akalından Ermənistana yardım edən Kardaşyana etiraz

14:33 15.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

 Müğənni Demet Akalın sosial şəbəkədə Kim Kardaşyanı izləmədən çıxarıb.

Hafta.az xəbər verir ki, müğənni Ermənistana dəstək olan Kim Kardaşyana etirazını belə bildirib.

Aktrisa Dəniz Baysal isə dünyaca məşhur bacılar Bella və Gigig Hadidin Kardaşyanı izləmədən çıxarmasına ,-“Bizimkilər hələ də Kimi izləsinlər”,- deyərək, kinayəli münasibət bildirib.

Qeyd edək ki, Kim bacısı Kloe ilə birlikdə video çəkərək, sosial şəbəkədə yayımlayıb və hər kəsi ermənilərə dəstək olmağa çağırmışdı. O, eyni zamanda, erməni ordusuna 1 milyon bağışlamışdı. Bundan sonra dünyaca məşhur bacılar Bella Hadid və Gigi Hadid Ermənistan tərəfindən Gəncədə dinc sakinlərin vurulması ilə bağlı paylaşım edib və Kim ilə Kloe bacılarını izləmədən çıxarıb.

Oxunma sayı 4295