Dənizdə batan 6 nəfər xilas edilib

11:10 17.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən, Novxanı və Şıxov sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 6 nəfər (onlardan 5 nəfəri xarici ölkə vətəndaşıdır) xilas olunub.