Dənizdə batan şəxsin meyiti tapılıb

20:48 02.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1989-cu il təvəllüdlü Baloğlanov Zaur Faiq oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxunma sayı 2093