Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - Nazirlik

15:15 21.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

Hafta.az ETSN-in Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, saat 15:00-a olan məlumata görə, şimal- qərb küləyinin sürəti Sumqayıtda 34 m/s, Bakıda 35 m/s, Balakəndə 25 m/s, Pirallahıda 26 m/s, Maştağada, Ələtdə, Neftçalada 24 m/s, Ağstafada, Neft Daşlarında və Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Çilovda, Zaqatalada və Gəncədə 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.