Dənizə düşən 1 nəfər xilas edilib

18:27 14.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində, Sumqayıt Dənizkənarı Bulvarı ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.