Dənizkənarı Milli Parkda açıq karate seminarı keçiriləcək

14:14 13.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

14 sentyabr saat 15:00-da Dənizkənarı Milli Parkda, Dövlət Kukla Teatrının arxasında tədbirlər keçirilən ərazidə uşaq, yeniyetmə və gənclər üçün açıq karate seminarı təşkil olunacaq.

Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov hafta.az-a bildirib ki, olimpiya karatesinin daha da populyarlaşması və təbliği istiqmətində tədbir planlarına aid edilən bu seminar 27-29 sentyabr tarixlərində Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş 6-13 yaşlı uşaqlar arasında "Olimpiya ümidləri" beynəlxalq turnirinin ilk hissəsi kimi yarış iştirakçıları üçün nəzərdə tutulub.

Seminara respublikanın müxtəlif bölgələrindən klubların tərkibində yüzlərlə idmançı qatılacaq. Tədbirdə federasiya rəsmiləri və milli komandanın məşqçilər heyəti, eləcə də kapitan Rafael Ağayev başda olmaqla, komanda üzvləri təcrübələrini azyaşlı karateçilərə nümayiş etdirəcəklər.