Depozit hərracının nəticələri açıqlanıb

14:47 14.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

Bankdan hafta.az-a bildirilib ki, avqustun 14-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 682,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26 faiz təşkil edib.