Deputatlığa namizədlərin sayı 1623 nəfərə çatıb

10:58 17.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisə fevralın 9-na təyin olunan növbədənkənar seçkilərlə əlaqədar müraciət edən 2431 nəfərdən 1623-ün deputatlığa namizədliyi qeydə alınıb.

Mərkəzi Seçki Komissiyasından hafta.az-a verilən məlumata görə, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar müraciət edən 2431 nəfərdən 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib, onlardan 2247 nəfəri imza vərəqələrini götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb.

Beləliklə, artıq imza vərəqələrini qaytaranların 90 faizindən çoxunun namizədliyi qeydə alınıb.