Dərbənddə tikilməkdə olan Nizami parkı gələn il oktyabrda açılacaq

14:29 20.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünən Dağıstanın Dərbənd şəhərində bu tarixi şəhərin master-planı üzrə  açıq  müsabiqə keçirilib.

Hafta.az-ın Derbend.ru-ya istinaden yazdığına görə, müsabiqədə  üç  firma iştirak edib. Münsiflər heyəti  müsabiqənin qalibi olaraq  Rusiyanın  “Novaya zemlya”  firmasını seçib. Tədbirdə  Dağıstan Hökuməti başçısının müavini  Vladimir Lemeşko, Dərbənd şəhərinin  başçısı  Xızrı  Abakarov, münsiflər heyəti, tarixçilər, jurnalistlər iştirak edib. Dərbənd meri  Xızrı Abakarov “Dərbənddə nə vaxt  yeni  Nizami parkı  tikiləcək” sualına cavab olaraq bildirib ki, sözügedən park  şəhərin  salındığı tarixi gün, yəni  gələn ilin oktyabr ayında istifadəyə veriləcək. 

Dərbənd meri şəhərdə Azərbaycan Dövlət Dram teatrının binasının tikilməsi məsələsinə də toxunub. Deyib ki, 2021-ci ildə teatrın yeni binası istifadəyə  veriləcək. Hazırda həmin binanın tikintisi ilə bağlı sənədləşmə işləri görülür.