Diaspor təşkilatlarının fəaliyyəti hər hansı şəxsə bağlı olmamalıdır - Fuad Muradov

15:29 05.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Diaspor təşkilatlarının fəaliyyəti hər hansı şəxsə bağlı olmamalıdır. Çünki bu milli məsələdir". Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Hafta.az- ın əməkdaşının suallarını cavablandırarkən deyib.

O xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının sədrləri arasındakı narazılığın səbəblərindən danışıb: "Bu məsələdə zamanın tələbləri var. Diaspor təşkilatları yenilənməyə getməlidirlər. Bu problemin bir tərəfidir. Üstəlik kimsə kimsədən nə zamansa küsüb. Indi həmin küsülülər düşmənçilik səviyyəsinə qalxmamalıdır. Çünki bizim ümummilli məsələmiz var. Bizim bu məsələdə töhfəmiz odur ki, birlik yaratmaq üçün təşəbbüs göstərək. Əgər birlik olacaqsa dövlət onlara hər dəstəyi göstərəcək. Amma bilirik olmayacaqsa, həmin xarici ölkələrdəki diaspor sədrlərinə sözümüz odur ki, gələcəkdə nə edəcəyinizi özünüz düşünün"

Oxunma sayı 36