DİN qətllə bağlı məlumat yayıb

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
Daxili İşlər Nazirliyi Sabunçu rayonunda baş vermiş qətllə bağlı rəsmi məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, oktyabrın 9-da saat 00:30 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yaşayan Canbala Atababayev eyni ünvanda yaşayan qardaşının arvadı Mətanət Məlikovanın evinə gələrək münaqişə zəminində “Vinçester“ tipli silahdan atəş açaraq onu yaralayıb. Sonra özünəməxsus “VAZ-2107“ markalı avtomaşınıyla hadisə yerindən qaçıb. Xəsarət almış Məlikova xəstəxanaya yerləşdirilib və orada ölüb. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Atababayev könüllü olaraq 15-ci polis bölməsinə gələrək hadisə zamanı istifadə etdiyi lüləsi və qundağı kəsilmiş tüfəngi təhvil verib.
Əli
Oxunma sayı 87