Diplomat xanımları Praqada Milad Festivalı təşkil edib

12:45 02.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Praqada yerləşən Hilton Hoteldə, Diplomatların Həyat Yoldaşları Assosiasiyası tərəfindən Beynəlxalq Milad Festivalı təşkil olunub.

Hafta.az yazır ki, sözügedən festival çərçivəsində Çexiyada akkreditə olunmuş müxtəlif səfirliklərin stendləri ilə yanaşı, Azərbaycan səfirliyinin stendi quraşdırılıb və ölkəmizə məxsus məhsullar, hədiyyələr, suvenirlər, Azərbaycan şirniyyatı, içkilər, habelə müxtəlif kitab və broşürlər xeyriyyə məqsədi ilə satışa çıxarılıb. Festivalın mədəniyyət proqramında Azərbaycanın milli rəqsi ''Sarı gəlin'' nümayiş etdirilib.

Çexiyanın Xarici İşlər naziri Tomaş Petrşiçek də festivalda iştirak edib, ölkəmizin stendi ilə yaxından tanış olub. Festival ərzində Azərbaycan stendi tədbir iştirakçılarının marağına səbəb olub və qonaqlara ölkəmizlə bağlı təbliğat materialları paylanılıb. Satışdan toplanan vəsait Çexiyadakı müxtəlif xeyriyyə təşkilatlarını dəstəkləməyə yönəldilib.

Siyasət rubrikasından digər xəbərlər