Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub - MN

14:51 29.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azəbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin dövlət rəsmiləri ilə birgə Tərtərə səfəri zamanı humanitar atəşkəs rejimini növbəti dəfə kobudcasına pozan Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutub.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistanın bu addımını qəti surətdə pisləyir və beynəlxalq ictimaiyyətə qarşı təcavüz aktı kimi dəyərləndiririk.

Oxunma sayı 165
Gündəm rubrikasından digər xəbərlər