Direktor olmaq üçün 2 273 namizəd ərizəsini təsdiqləyib

22:09 20.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən namizədlərin sayı açıqlanıb.

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, 3 403 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib.

Müsabiqənin növbəti mərhələsi-test imtahanlarının tarixi barədə namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək.