Donald Tramp Hollivudu tənqid edib

18:29 10.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp Hollivudu tənqid edib. 

Hafta.az xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.

Prezidentin sözlərinə görə, prokata çıxan filmlər xaos yaratmaq üçün çəkilir. Onların yaradıcıları zorakılığı təbliğ edən filmlər çəkir, sonra başqalarını günahlandırmağa çalışırlar.

Tramp deyib: “Liberal Hollivud son dərəcə irqçidir, nifrət və kin doludur. Hollivudda insanlar özlərini elita sayırlar, lakin əslində belə deyildir. Əsl elita Hollivuda qarşıdır”.

Xatırladaq ki, ötən il Qərbi Hollivud şəhərinin administrasiyası qonşu rayonda yerləşən “Şöhrət xiyabanı”ndan ABŞ Prezidenti Donald Trampın ulduzunu götürmək barədə qərar qəbul edib.