Dörd ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 10,2 milyon ton neft daşındı

17:14 21.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 12 milyon 826 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən Hafta.az-a bildirilib ki, nəqletmənin 80,2 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 4 ayda bu kəmərlə 10 milyon 289,8 min ton neft nəql edilib. Hesabat dövründə BTC ilə 1 milyon 486,5 min ton tranzit nefti də ötürülüb.

Oxunma sayı 217