Dörd yaşayış məntəqəsində 839 fərdi evə qaz verilib

11:55 07.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərinin Sevil Qazıyeva küçəsinin qazlaşdırılması işləri başa çatıb və 34 fərdi evə mavi yanacaq verilib.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a bildirilib ki, Gəncə şəhərinin Məhsəti qəsəbəsində də 84 fərdi evə qazın verilməsi təmin olunub. Hər iki yaşayış məntəqəsində qazlaşdırma işlərinin icrası üçün ümumilikdə 7845,5 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı qaz xətləri çəkilib və 118 qaz sayğacı quraşdırılıb.

Həmçinin Samux rayonunun Alıuşaqlı kəndi və Şirvan şəhəri, kənd evləri yaşayış massivinin qazlaşdırılması işləri tamamlanıb. Samux rayonunun Alıuşaqlı kəndində 240, Şirvan şəhəri, kənd evləri yaşayış massivində isə 481 fərdi ev qazla təmin olunub.