Dövlət Bayrağı Günü Qaradağ rayonunda qeyd olunub

10:51 09.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ rayon ərazisində yerləşən N saylı hərbi hissənin əsgərlərinin iştirakı ilə təntənəli bayraq yürüşü keçirilib. Yürüş Lökbatan qəsəbəsinin 28 May küçəsini əhatə etməklə Ə.Əmirov adına Mədəniyyət Sarayına kimi davam edib.

Hafta.az yazır ki, sarayın foyesində 7 nömrəli Bakı Uşaq və Gənclər İnkişaf Mərkəzinin Milli Bayrağımızı əks etdirən rəsmlərindən və əl işlərindən ibarət guşə sərgilənib.

Dövlət himni səsləndiriləndən sonra başlayan tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova dövlət bayrağının təsis olunması tarixi və müstəqil ölkəmizdə dövlət atributu kimi ona göstərilən ehtiramdan danışıb. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 70 ildən sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Muxtar Respublikanın dövlət bayrağı kimi təsdiq olunaraq ikinci dəfə rəsmi surətdə qaldırılıbı. 21 may 1991-ci ildə isə bayrağımız Milli Məclisin binası üzərinə qaldırılıb. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncama əsasən 9 noyabr Dövlət Bayrağı günü kimi qeyd edilir.

T.İsmayılova prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Bayrağı Meydanının yaradılmasını milli mənəvi dəyərlərimizə, dövlət atributlarımıza ehtiramın bariz nümunəsi olduğunu söyləyib. Bu tarixdən etibarən “Bayraq Günü” Azərbaycanda və ondan kənarda yaşayan azərbaycanlılar arasında təmtəraqla qeyd olunur. Dövlət Bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli dəyərlərimizə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

T.İsmayılova Dövlət Bayrağının dövlətçilik ənənələrinin vacib atributu, hakimiyyət və müstəqilliyin göstəricisi olduğunu deyib. Dövlətin mövcudluğunu sübut edən bayrağı, konstitusiyanı, gerbi sevməyin, onlara hörmət və ehtiram bəsləməyin vacibliyini vurğulayan çıxışçı sozügedən atributları gənc nəslə daim uca tutmağı tövsiyyə edib.

Daha sonra Bakı Şəhər Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə konsert keçirilib. 

Siyasət rubrikasından digər xəbərlər