Dövlət Komitəsi Dağıstanda həbs olunan azərbaycanlılarla bağlı açıqlama yaydı

22:00 23.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin iyununda Dağıstanın Kullar qəsəbəsində baş vermiş etiraz aksiyasından sonra saxlanılan vətəndaşlarımızın vəziyyəti daim Azərbaycan dövlətinin diqqətdədir.

Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, məlum hadisə zamanı saxlanılan – barələrində həbs qətimkan tədbiri seçilmiş və ya ev dustalığı qərarı verilmiş Azərbaycan vətəndaşlarının həm vəkillərlə təmin olunması, həm də maddi çətinliklərinin aradan qaldırılması üçün Dövlət Komitəsi öz imkanları və səlahiyyətləri daxilində müvafiq qurumlarla əməkdaşılıq çərçivəsində lazimi bütün addımları atır. Proses digər dövlət orqanları ilə informasiya mübadiləsi aparılmaqla daim nəzarətdə saxlanılır.

Komitənin məsul əməkdaşları Rusiyanın müxtəlif əyalətlərindən Dağıstan ərazisinə cəmlənmiş vətəndaşlarımızın ölkəyə qayıtmaq istəklərinin təmin edilməsinə dəstək vermək və qeyd edilən bu məsələ ilə əlaqədar dəfələrlə Dağıstana ezam olunub:

"Bildiririk ki, Diasporla İş üzrə Dövlət Komitəsi və digər müvafiq dövlət qrumları vətəndaşlarımızın hüquqlarının qorunması, onların problemsiz ölkəmizə geri dönmələri üçün bundan sonra da lazım olan bütün zəruri tədbirləri həyata keçirəcək".

Oxunma sayı 1983
Gündəm rubrikasından digər xəbərlər