“Dövlət özündən asılı olan hər şeyi edib və edir” - Millət vəkili 

12:36 08.07.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Koronavirus pandemiyası meydana çıxandan bəri cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dövlət və hökumət strukturlarının həyata keçirdiyi tədbirlər yalnız müsbət qiymətləndirilə bilər. Bu böhranlı şəraitdə ilk növbədə, vətəndaşın sağlamlığı əsas götürüldü. Bütün yük dövlətin çiyinlərinə düşdü”. Bu fikirləri hafta.az-a açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, yaranmış vəziyyətlə əlaqədar olaraq, hökumətin müəyyən sosial tədbirlər həyata keçirməsi xüsusilə ürəkaçandır:  “Həmin tədbirlər həm əhalinin sağlamlığına, iş yerlərinin saxlanmasına, həm də sosial təminatının qorunmasına xidmət edir. İşsiz qalanlara dövlət tərəfindən 190 manat vəsait verildi. Heydər Əliyev Fondunun xətti ilə ərzaq yardımları paylandı. Qısa müddətdə tibbi maska, tibbi spirt istehsal edən fabrik və zavod, modul tipli bir neçə xəstəxana istifadəyə verildi.Xaricdən avadanlıqlar alınıb gətirildi. Dövlət özündən asılı olan hər şeyi edib və edir. Ancaq çox şey vətəndaşın davranışından asılıdır. Məsuliyyətsiz hərəkətlər şəraiti daha da ağırlaşdıra bilər. Vəziyyətin belə davam etməsi büdcədə çətinliklər yaradar. Büdcəyə vergi daxilolmaları  azalır.Bu gün insanlar yas yerinə gedə bilmirlər, övladlarına toy edə bilmirlər. Bu məsələləri adamlar göz önünə almalı, tələblərə- tibbi maska taxmağa, sosial məsafəni gözləməyə və gigiyena qaydalarına riayət etməlidirlər, beləliklə, ilk növbədə öz sağlamlıqlarını qorumalıdılar”.

Oxunma sayı 930
Sosial rubrikasından digər xəbərlər