Dövlət qulluğu vəzifələrinə 93 namizəd uğur qazanıb 

13:14 28.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

Hafta.az DİM-in oktyabrın 28-i saat 11:15-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 93 nəfər uğur qazanıb. Onlardan 55-i Təhsil Nazirliyində, 11-i Maliyyə Nazirliyində, 8-i Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 3-ü Əqli Mülkiyyət Agentliyində, 1 nəfər Dövlət Turizm Agentliyində, 1 nəfər isə Hesablama Palatasında müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.

Oxunma sayı 219