Dövlət Turizm Agentliyi koronavirus təhlükəsi ilə əlaqədar vətəndaşlara və turoperatorlara müraciət edib

21:00 27.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Son günlər dünyanın bir sıra ölkələrində koronavirus (COVID-19) epidemiyasının geniş yayıldığını nəzərə alaraq, vətəndaşlarımıza xaricə səfərlərini planlaşdırarkən mümkün riskləri nəzərə almağı tövsiyə edirik”.

Hafta.az-ın xəbərinə görə, bu, Dövlət Turizm Agentliyinin ölkə vətəndaşlarına və turoperatorlara müraciətində yer alıb.

“Xəstəliyə yoluxma və virusun Azərbaycan ərazisinə keçməsi təhlükəsinin qarşısının alınması məqsədilə, vətəndaşlarımıza həmin ölkələrdə epidemoloji vəziyyət sabitləşənədək səfərlərini təxirə salmağı məsləhət görürük. Turoperatorlara tövsiyə edirik ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barəsində məlumatlandırsınlar”, - deyə müraciətdə qeydə alınıb.

Oxunma sayı 123