“Dövlət vəsaitini mənimsəyənlərə heç bir güzəşt edilməməlidir” – Fəzail Ağamalı

12:40 22.05.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

“Dövlət vəsaitini mənimsəyənlər qanun qarşısında cavab verməlidirlər ki, bu digərlərinə də dərs olsun. Mən bu həbslər haqqında eşidəndə dəhşətə gəldim. Bu dərəcədə harınlıq, dövlətə bu dərəcədə ziyan vurulması məni çox qəzəbləndirdi. Xalqın malını oğurlamağa, dövlətin büdcəsinə ziyan vurmağa kimsə cəsarət tapırsa, bu, sadəcə olaraq, anlaşılan deyil”.

Bunu hafta.az-a açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı deyib. Millət vəkili bildirib ki, dövlət vəsaitini mənimsəyənlərə heç bir güzəşt edilməməlidir: “Onlar sadəcə, həmin pulun qaytarılması ilə məsuliyyətdən azad edilməməlidir. Onlar qanun qarşısında cavab verməlidirlər ki, bu, digərlərinə də dərs olsun. Bu proseslərin arxasında böyük maliyyə maxinasiyaları durur. Manatın devalvasiyasından sonra bir sıra iş adamları dolları manata dəyişməklə külli miqdarda vəsait əldə etdilər. Xalqın malını talayanlar da yaranmış situasiyadan istifadə edib, dövlətin pulu ilə daha çox varlanmağa çalışıblar. Bunun indi üzə çıxarılması isə istintaqın məntiqindən doğur. Araşdırmalar aparılıb, fırıldaqçılar ifşa olunub və onlar qanun qarşısında cavab verməlidirlər”.

Siyasət rubrikasından digər xəbərlər