DSX-nin 3 generalı istefaya buraxılıb - Sərəncam

15:17 27.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar:

general-leytenant Cəbrayılov Asif Mikayıl oğlu

general-leytenant Xəlilov Əsgər Sabir oğlu

general-leytenant Tağı-zadə Fərhad Sabir oğlu.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Oxunma sayı 79
Siyasət rubrikasından digər xəbərlər