“Dünya həkimləri koronavirusa qarşı peyvənd hazırlamağa çalışırlar” – Yaponiya səfiri

18:51 27.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Bu gün dünyanın hər yerində yayılan koronavirus böyük təhlükədir. O cümlədən, Yaponiyada da koronavirusa yoluxmuş şəxslər var. Hazırda bu xəstəliyin qarşısını almaq üçün ciddi tədbirlər görülməkdədir”.

Hafta.az yazır ki, bu sözləri jurnalistlərə açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Katori Teruyuki deyib.

Diplomat bildirib ki, xəstəliyin sərhədi yoxdur. Amma müasir dövrümüzdə tibb sahəsi sürətlə inkişaf etməkdədir. "Bu gün dünya həkimləri koronavirusa qarşı peyvənd hazırlamağa çalışırlar. Ümid edirəm ki, ən qısa vaxtda peyvənd hazırlanacaq və virusa yoluxmuş şəxslər tez bir zamanda sağalacaqlar”, - səfir deyib.

Oxunma sayı 131
Siyasət rubrikasından digər xəbərlər