Dünyaca məşhur aktyor Bakıya gəlib

22:39 03.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya şöhrətli fransız aktyor Siril Rafaelli ilk dəfə Bakıya səfərə gəlib.

Hafta.az xəbər verir ki, aktyor paytaxtımızda türk-hind filminin döyüş səhnəsinin çəkilişlərində iştirak edəcək.

Bu barədə Sputnik.az məlumat yayıb.

Filmin çəkilişləri Pirallahı qəsəbəsində aparılır.

Qeyd edək ki, Siril Rafaelli 1997-ci ildən kinolara çəkilir. O, “13-cü rayon”, “Titanlar”, “Taksi” “ Əjdahanın öpüşü” kimi filmlərdəki rolları ilə tanınıb.