Dünyada COVID-19-a yoluxanların sayı 61 milyonu keçib

11:06 27.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada COVID-19-a yoluxanların sayı 61 milyonu keçib.

Hafta.az “worldometers”ə istinadən xəbər verir ki, bununla koronavirusa yoluxanların sayı 61 308 972 nəfərə çatıb.

Məlumata əsasən, virusdan ölənlərin sayı 1 437 840, xəstəlikdən sağalanların sayı isə 42 396 864 nəfərdir.

Qeyd edək ki, koronavirusa yoluxma sayına görə, ilk üç yerdə ABŞ, Hindistan və Braziliyadır.

Oxunma sayı 2702