Dünyada ən çox qazanan aktyorlar

13:53 22.08.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Forbes" dərgisi 2019-cu ildə ən çox qazanan kinoaktyorların siyahısını dərc edib. 

Hafta.az yazır ki, ən çox qazananların siyahısına Dwayne "The Rock" Conson başçılıq edir. Onun bu il qazandığı pulun həcmi 89,4 milyon dollardır. Siyahıda sonrakı yerlər aşağıda adları çəkilən aktyorlar arasında belə bölünür:

2. Kris Hemsvorf, illik qazancı 76,4 milyon dollar, 3. Robert Dovney, illik qazancı 66 milyon dollar, 4. Akşay Kumar, illik qazancı 65 milyon dollar, 5. Cek Can, illik qazancı 58 milyon dollar, 6. Bredley Kuper, illik qazancı 57 milyon dollar, 7. Adam Sandler, illik qazancı 57 milyon dollar, 8. Kris Evans, illik qazancı 43,5 milyon dollar, 9. Paul Rudd, illik qazancı 41 milyon dollar və ilk onluğu tamamlayan Vill Smit, illik qazancı 35 milyon dollar.