Dünyada koronavirus qurbanlarının sayı 2,11 milyonu ötüb - ÜST

23:14 24.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada koronavirusun törətdiyi nəticələrdən ölənlərin sayı 2,11 milyonu ötüb.

Hafta.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 577 301 nəfər yeni koronavirusa yoluxub, 13 688 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 97 464 094, ölənlərin isə 2 112 689 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxunma sayı 244