Dünyada koronavirusa yoluxanların sayı 177 mindən çox artıb - ÜST

11:10 27.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 177 mindən çox artıb.

Hafta.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 26-sı saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 177 012 nəfər yeni koronavirusa yoluxub, 5 116 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 9 473 214, ölənlərin isə 484 249 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 4 709 927 yoluxma və 233 628 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 619 753, ölənlərin sayı isə 195 535 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 987 534 yoluxma və 22 464 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxunma sayı 1679