Dünyada koronavirusa yoluxanların sayı 30 milyon nəfəri ötüb

10:39 18.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 30 milyon nəfəri ötüb.

Hafta.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 30 003 378 nəfər çatıb. Onlardan 943 203 nəfəri ölüb, 20 398 381 nəfəri isə sağalıb.

Oxunma sayı 1369